Modern.az

Elmira Axundovanın oğlu İTTİHAMLARA cavab verdi: “Yazırlar ki, Alov Qülləsində də mənzil alıb  

Elmira Axundovanın oğlu İTTİHAMLARA cavab verdi: “Yazırlar ki, Alov Qülləsində də mənzil alıb”  

Aktual

11 May 2018, 16:01

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov saxta dərman əməliyyatında adı keçən “Elit” apteklər şəbəkəsinin onların ailəsinə aid olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Modern.az-ın xəbərinə görə, məsələ ilə bağlı "Qafqazinfo"ya danışan Həbib Axundov deyib ki, əvvəllər “Favorit” marketlər şəbəkəsini də onun adına bağlayırdılar:


“Mənim özümə də maraqlı idi ki, “Favorit” görəsən, kimə  məxsusdur? Araşdırdım, məlum oldu ki, başqa bir şirkətindir.

İndi də “Elit” aptekini mənim adıma bağlayırlar. Aptekin sahibini belə tanımıram. 1993- cü ildən həmin apteklər işləyir. Anam o aptekin birindən dərman alıb. Mən heç bilmirdim ki, o aptek şəbəkədir. Elə bilirdim ki, iki-üç dənədir.  Nəsimi rayonunda bir dənə qeyri-yaşayış obyektim var. 73-75 kvadrat olar. Həmin yeri aptekə icarəyə vermişəm.  Əlimdə icarə müqaviləsi də var. İcarəyə vermək dərman mafiyasını işlətmək deməkdir?

Bir  xəstə insan var ki,  o neçə illərdir ki, bizə qarşı kampaniya aparır. Onun əlindən gələn də budur. Artıq icarəyə verilən obyektdən də  istifadə edir. Nəsimi rayonundakı həmin obyektin yuxarı mərtəbəsindəki çayxana isə mənə məxsusdur. Yazırlar ki, Alov Qülləsində də mənzil alınıb. Alov qüllələri oteldir, orada mənzil var ki?”.

H. Axundov 8 milyonluq cinayət işindən də danışıb.

O qeyd edib ki, cinayət işi çoxdan bitib: “İş məhkəmədədir. Mən də  həmin məsələdə zərərçəkmiş qismindəyəm. Artıq həbslər də var”.

 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?