Modern.az

Qubada xalça oğrusu TUTULDU

Qubada xalça oğrusu TUTULDU

Aktual

11 May 2018, 16:42

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Xəyyam Muradov olduğu məlum olub.

 

Törətdiyi cinayət əməlini etiraf edən saxlanılan şəxs yaşayış olmayan həmin evə qapını sındırma yolu ilə qanunsuz daxil olaraq  oradan 3 ədəd xalça və qab-qacaq dəstlərini oğurladığını, hər birinin dəyəri təxminən 1000-1200 AZN təşkil edən xalçalardan ikisini ucuz qiymətə satdığını bildirib.

 

Xalçalardan biri maddi sübut kimi polis əməkdaşları tərəfindən ondan götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?