Modern.az

Paşinyan yeni müdafiə nazirini təyin etdi – YENİLƏNİB

Paşinyan yeni müdafiə nazirini təyin etdi – YENİLƏNİB

Aktual

11 May 2018, 21:18

Ermənistanın baş naziri Nikol Paşinyan FHN-nin rəhbəri vəzifəsini icra edən David Tonoyanı ölkənin müdafiə naziri təyin edib.

Modern.az xəbər verir ki, müvafiq fərmanın imzalanması haqqında məlumat Ermənistan prezidentinin saytında dərc olunub.

***

Ermənistanın baş naziri Nikol Paşinyan yeni müdafiə nazirinin adını açıqlayıb.

Bu barədə Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir.

“Bu gün David Tonoyan müdafiə naziri təyin olunacaq. Digər təyinatlar da yaxın günlərdə ediləcək”, - deyə Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?