Modern.az

Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb  

Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün təlimi başa çatıb   

Aktual

25 May 2018, 18:50

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi bu gün başa çatıb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Qaraheybət Təlim Mərkəzində keçirilən təlimdə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.

 

Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən izlənilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)