Modern.az

“Bakı Metropoliteni” işini bərpa etdi

“Bakı Metropoliteni” işini bərpa etdi

Aktual

4 İyul 2018, 13:31

Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran "Bakı Metropoliteni" işini bərpa edib.

Modern.az-ın məlumatına görə, artıq bu gün saat 13:00-dan başlayaraq paytaxt sakinləri metrodan istifadə edə biliblər.

Qeyd edək ki, dünən elektrik enerjisinin kəsilməsi nəticəsində "Bakı Metropoliteni" QSC-nin işində problem yaranmışdı.

Bununla əlaqədar metrodakı bütün sərnişinlər təxliyə edilmişdi.

Bu gün səhər "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirmişdi ki, elektrik enerjisi tam təmin edilənə qədər metro sinaq rejimində çalışacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı