Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı rəhbərlik etdiyi qurumun sərhədlərini genişləndirmək və türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq üçün türkdilli xalqların dövlət rəhbərləri ilə görüşlərini davam etdirir.
Modern.az xəbər verir ki, bu gün Qırğızıstan Respublikasının prezidenti Soronbay Jeenbekov akademik Darxan Kıdıralını qəbul edib.TWESCO-nun apardığı genişmiqyaslı tədqiqatlar, keçirdiyi konfrans və simpozumları hər zaman diqqət mərkəzində saxlayan prezident deyib ki, türkdilli xalqların irsi, yaradıcılığı və mədəniyyətinin, ədəbiyyatının qorunması çox böyük əhəmiyyət kəsb edən məsələdir.
Beynəlxalq Türk Akademiyası bu yönmüdə çox geniş miqyaslı layihələri həyata keçirməklə, həm də bu irsi yaşatmış və qorumuş olur. Çünki bu irsin içərisində həm də qırğız xalqının mədəni və tarixi abidələri qorunur. Dövlət başçısı eyni zamanda akademik Darxan Kıdıralının türk xalqlarının qədim tarixi haqqında yazdığı dəyərli məqalələrdən də söz açaraq, “Manas” və Çingiz Aytmatovun yaradıcılığına ayrılan diqqətdən məmnun qaldığını bildirib. Qeyd edib ki, qədim irsə olan münasibət türk xalqlarını daha da birləşdirir və inteqrasiyasına yol göstərmiş olur. Türk Akademiyasını tərəfindən ötən iki il ərzində qırğız xalqının ədəbiyyatı, folkloru, ənənələri barədə dərc etdirdiyi 20-dən artıq əsəri də türk dünyasına böyük töhfə hesab etdiyini deyib.
“İnanıram ki, Sizin rəhbərlik etdiyiniz Türk Akademiyası türk xalqları arasında dostluq və qardaşlıq körpüsü olmaqda davam edəcək və bizim əlaqələrimizi genişləndirəcək”- deyə qeyd edib.
TWESCO-nun prezidenti akademik Darxan Kıdıralı Parisdə UNESKO-nun Baş Qərərgahında, Astanada, Bişçkek və Daşkənd şəhərlərində Çingiz Aytmatovun 90 illiyi, qırğız ədəbiyyatının şah əsəri olan “Manas” dastanın təqdimatlarının təqdimatının keçirilməsini də diqqətə çatdırıb. “Elmin sərhəddi olmur”- deyən Darxan Kıdıralı bildirib ki, Türk Akademiyası beynəlxalq təşkilat kimi dünyanın bir çox ölkələrində tanınmış beynəlxalq mərkəzlərin və təşkilatların keçirdiyi tədbirlərə üzv olmaqla, həm də o təşkilatların konfrans və simpoziumlarında Türk dünyasının tanınması üçün əlndən gələni edir.
“Bu tədbirlərdə bizim qədim və bu günkü elmi nailiyyətlərimizi nümayiş etdirirk”- deyərək Qırğız prezidentinə təşəkkürünü bildirib.
Daha sonra o, Qırğız prezidentinə ərəb mənbələrindən əldə etdikləri, ərəb əlifbası ilə yazılan qədim “Manas” dastanının əlyazmasını göstəriib. Yüksək səviyyəli qonaqlar türk irsinə və tarixinə dəyər verən prezident Soornbay Jeenbekova Altay dağlarının 3000 metr hündürlüyündə tapılmış “Kıl Kıyık” – “Qıl Kaman”ı da hədiyyə ediblər.