Modern.az

"Azərsu": Kanalizasiya xətləri problemsiz işləyir

"Azərsu": Kanalizasiya xətləri problemsiz işləyir

Aktual

4 İyul 2018, 14:27

Ölkənin bəzi ərazilərinin elektrik enerji təchizatında problem yaranması kanalizasiya xətlərinin işində problem yaratmayıb.

Modern.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, hazırda kanalizasiya xətləri normal işləyir: "Kanalizasiya xətlərində heç bir problem yoxdur. Bütün nasos stansiyalarımız elektrik enerjisi ilə təmin olunur, yaranan çirkab suları və tullantıları lazımi səviyyədə kənarlaşdırılır".
Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?