Modern.az

QHT sədri qəza ilə bağlı şayiələrə inanmamağa çağırıb  

QHT sədri qəza ilə bağlı şayiələrə inanmamağa çağırıb   

Aktual

4 İyul 2018, 15:02

“Mingəçevir İES-də baş vermiş texniki nasazlıqla bağlı ölkəyə enerji verilməsində problemlər yaranıb. Bəzi təxribatçı qüvvələr və keçmişdə heç nəyə nail olmayan,  gündəmdə qalmaq istəyən şəxslər sosial şəbəkələrdə əhalidə panika yaratmağa çalışırlar. Bu cür cılız kampaniyalar həqiqi mənada ikrah hissi doğurur və bir daha bu şəxslərin iç üzünü ortaya qoyur”.

Modern.az xəbər verir ki, bunu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, “Sağlam İnkişaf və Maarifləndirmə” ictimai birliyinin sədri Anar Xəlilov deyib.

QHT sədri bildirib ki, əsası olmayan məlumatlara inanmaq olmaz:

“Azərbaycan bu gün sürətlə inkişaf edir, yaradılan yeni müəssisələr, tikilən yaşayış kompleksləri, böyük infrasturuktra malik turizm məkanları enerjiyə təlabatı artırır. Havaların qeyri-normal – isti keçməsi enerji yükünü artırır. Nəzərə almaq lazımdır ki, bu cür qəzalardan dünyanın heç bir ölkəsi sığortalanmayıb. Dəfələrlə biz KİV-dən məlumat alımışıq ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə qəzalar  müşahidə olunur. Lakin vətəndaşlar buna təmkin və səbrlə yanaşırlar. Əslində bu hallarda əhali arasında panika yaratmaq cəhdləri cinayətdir.
Azərbaycan dövləti bu gün çox güclüdür hər bir qəzani aradan qaldırmağa qadirdir. Peşəkar milli kadrlarımız var. Adətən bu cür qəzaların aradan qaldırılmasına həftələr lazım olur, amma Azərvaycanda problem qısa müddətdə həll olundu. Qəza ilə bağlı ölkə rəhbəri Dövlət Komissiyası yaradıb, Baş prokurorluq cinayət işi başladıb. Əgər bu qəzanın baş verməsində insan faktoru varsa, mütləq cəzasını alacaq. Mən özüm QHT rəhbəri kimi Mingəçevir İES-də olmuşam, orada ən müasir avadanlıqların qurulduğunun canlı şahidiyəm. Bir ictimaiyyətçi kimi hər bir Azərbaycan vətəndaşına müraciət edərək, təmkinli olmağa, şayiə və panikalara, əsası olmayan məlumatlara inanmamağa çağırıram. Müharibə şəraitində olmağımızı nəzərə almağınız, bizim gücümüz qarşısında aciz qalan düşməni sevindirməməyimiz lazımdır. Unutmayın ki, sosial şəbəkələrdə düşmənin xüsusi xidmət orqanları çox fəal fəaliyyət göstərir. Azərbaycan güclü dövlətdir və ölkədə sabitliyə, əhalinin təhlukəsizliyinə tam nəzarət edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı