Modern.az

Ağ Evin adı daha bir qalmaqalda hallanır - VİDEO

Ağ Evin adı daha bir qalmaqalda hallanır - VİDEO

Aktual

4 İyul 2018, 16:28

ABŞ prezidenti Donald Trampın administrasiyasından daha bir rəsmi ictimai təzyiqə məruz qalıb.

 

Modern.az “The New York Post” nəşrinə istinadən xəbər verir ki, bu dəfə ətraf mühitin qorunması üzrə Federal Agentliyin rəhbəri Edvard Skot Pruit ictimai qınağa tuş gəlib.

 

Vaşinqtonda “Teaism” restoranında yemək yeyən zaman Kristin Mink adlı qadın müəllim qucağında uşaq ona yaxınlaşıb.

“Mən sizi öz ölkənizin ətraf mühitinə etdiklərinizə görə qətiyyətlə istefaya getməyə çağırıram. Bu mənim övladımdır, o, təmiz havanı, heyvanları və təmiz suyu sevir” – Mink bildirib.

 

Qadın bu sözləri deyərkən əri onu videoya çəkib.

Videoda onun həyəcanlı olduğu və deyəcəklərini unutmamaq üçün qeydlər etdiyi görünür.

 

Qeyd edək ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders restoranda yemək yeyərkən retoran müdiri ona yaxınlaşıb restoranı tərk etməyini tələb edib. O, Ağ Evin apardığı siyasətə görə bunu etdiyini bildirib.

 

Modern.az sizə həmin görüntüləri təqdim edir.

 

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı