Modern.az

Deputat seçicilərinin şikayətlərini dinlədi  

Deputat seçicilərinin şikayətlərini dinlədi   

Aktual

4 İyul 2018, 15:47

Millət  vəkili  Vahid  Əhmədov  Quba  şəhərində  seçiciləri  ilə  görüşərək  onları  qəbul  edib. Qəbuldan  əvvəl  seçicilərin  arzusu  nəzərə  alınaraq  deputat- seçici  dialoqu  formasında  tədbir  təşkil  olunub. Arzu  edən  hər  bir  vətəndaşa  istədiyi  məsələ  ətrafında  öz  fikir  və  mülahizələrini  demək  və cavab  almaq    imkanı  yaradılıb. İnsanları  narahat  edən  bir  çox  məsələlər- əhalinin  yaşayış  şəraitlərinin  yaxşılaşdırılması  istiqamətində  görülən  işlər, rayonda  kənd  təsərrüfatı  məhsullarının    emalı  üçün  iri    müəssisələrin  açılması, Qubada  turizmin  inkişafı  və  əhalinin  məşğulluğuna  müsbət  təsiri, şəhərin  abadlaşdırılması  işlərinin  daha  keyfiyyətli  və  planlı  aparılması, gənclərin  işlə  təmin  olunmasına  qayğının  artırılması  və  s. problemlər  müzakirə  obyekti  olub.

Görüşdən  sonra  keçirilən  qəbul  zamanı  şəxsi  məsələlərlə  yanaşı, Milli  Məclisdə  qanunların  qəbulu  prosesində  əhalini  maraqlandıran  bir  çox  məsələlərində  öz  əksini  tapması  arzu  olunub.

Bütün  məsələlərlə  bağlı deputat  tərəfindən  müvafiq  araşdırmalar  aparılıb, məsələlərin  icrası nəzarətə  götürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı