Modern.az

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır

Aktual

4 İyul 2018, 17:12

İyulun 4-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının sayı artırılır.

 

“AzərbaycanDəmir Yolları” QSC-dən Modern.az-a verilən məlumata görə, sərnişin axınının artması ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə əlavə Bakıdan saat 17-00 və 21-40-da, Sumqayıtdan isə saat 17-50-də və 20-30-da yola düşən elektrik qatarları təyin edilir.

 

Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər barədə www.ady.az saytından əldə edə bilərsiniz.

 

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6013, 6017, 6022, 6026 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.

 

Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 –də yola düşən 6012 elektrik qatarı saat 0950 –də yola düşəcək və Bakıya saat 1032-də çatacaq; Sumqayıt stansiyasından saat 09:50 –də yola düşən 6014 elektrik qatarı saat 11:00-da yola düşəcək və Bakıya saat 1142-da çatacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı