Modern.az

Tbilisi aeroportunda kassaya zəhərli maddə tökən rusiyalı saxlanıldı - Yenilənib

Tbilisi aeroportunda kassaya zəhərli maddə tökən rusiyalı saxlanıldı - Yenilənib

Aktual

4 İyul 2018, 20:15

Tbilisi aeroportunun kassasına zəhərli maddə tökən şəxs saxlanılıb. Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatına istinadla verdiyi xəbərə görə, saxlanılan şəxs Rusiya vətəndaşı Dimitri B. adlı şəxsdir.

 

İstintaqla müəyyən olunub ki, 2 iyul 2018-ci il tarixində Dimitri B. tərkibində  sağlamlığa ziyan vuran maddənin olduğu mayeni Tbilisi beynəlxalq hava limanının uçuş zalında yerləşən aviaşirkətlərdən birinin kassasına töküb.

 

Faktla bağlı istintaq DTX-nin Əks-kəşfiyyat Departamenti tərəfindən aparılır.

 

Qeyd edək ki, iki gün öncə Tbilisi hava limanında baş vermiş insident nəticəsində hava limanının bir neçə əməkdaşı zəhərlənib.

 

18:51

 

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında kütləvi zəhərlənmə baş verib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aeroportun bir neçə əməkdaşı qazdan zəhərlənib. Hava limanından zəhərlənməyə hansı qazın səbəb olması barədə ətraflı məlumat verilməyib.


İnsidentin 2 gün öncə baş verdiyi bildirilir.

Aeroport əməkdaşlarının zəhərlənməsi hava limanının fəaliyyətinə təsir etməyib. Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlama verəcəyi gözlənilir. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı