Modern.az

Rusiyada yaşayan azərbaycanlıya cəza verildi

Rusiyada yaşayan azərbaycanlıya cəza verildi

Aktual

4 İyul 2018, 19:15

Rusiyanın Krasnoyarsk vilayətində 50 yaşlı Azərbaycan vətəndaşı 15 il əvvəl törədilmiş qətldə təqsirli bilinir. Bu barədə Rusiya KİV-ləri yazıb.

 

Məhkəmə onu günahkar bilərək 8 il 10 ay müddətinə azadlıqdan məhrum edib.

 

Rusiya İstintaq Komitəsinin məlumatına görə, 2003-cü ilin iyul-avqust aylarında tikintidə spirtli içki qəbul edən Azərbaycan vətəndaşları öz aralarında mübahisə ediblər və nəticədə onlar həmyerlilərindən birini döyərək suya atıblar, sonra isə şəhəri tərk ediblər.

 

Ölən şəxsin meyiti bir neçə gün sonra tapılsa da, onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

 

Bildirilir ki, cinayət törətmiş şəxslərdən biri Azərbaycana dönüb, o birisi isə Norilsk şəhərinə gedib və orada narkotik maddələrin qanunsuz dövriyyəsinə görə mühakimə edilib.

 

Digər təqsirləndirilən şəxs istintaq orqanlarından Azərbaycan ərazisində gizlənir. O, federal axtarışa verilib.

 

Virtualaz.org

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı