Daxili İşlər Nazirliyi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum edən şəxsin - Yunis Səfərovun işgəncəyə məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
Nazirliyin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir:
“Kimlərsə sensasiya xətrinə başqa adama məxsus fotonu sosial şəbəkələrdə paylaşaraq həmin görüntülərin Gəncədə məlum cinayəti törədən şəxsə aid olduğunu iddia edir. Bir daha qeyd edirik ki, Gəncədə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, cinayəti törədən şəxs isti izlərlə tutularaq istintaqa təhvil verilib və hazırda istintaq altındadır. Ona hər hansı işgəncə verilməsi barədə iddialar əsassız və absurddur”.