Modern.az

Baş Prokurorluq Elmar Vəliyevi güllələyən şəxsə işgəncə verilmədiyini bəyan etdi

Baş Prokurorluq Elmar Vəliyevi güllələyən şəxsə işgəncə verilmədiyini bəyan etdi

Aktual

4 İyul 2018, 22:22

Baş Prokurorluq Gəncədə silahlı insident törətdiyi üçün tutulan şəxsin - Yunis Səfərovun işgəncəyə məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib. 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Modern.az-a verdiyi məlumata görə, bəzi internet-informasiya resurslarında iyulun 3-də Gəncə şəhərində baş vermiş cinayətlə bağlı şübhəli şəxs qismində tutulmuş Yunis Səfərovun guya təsir və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmir.

 

E. Sultanov həmçinin qeyd edib ki, cinayət işi üzrə Yunis Səfərov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayətlərlə bağlı sərbəst ifadə verib, onun müdafiə və.s hüquqları tam təmin olunub, istintaq hərəkətlərinin gedişi və saxlanma şəraiti barədə hər hansı şikayət və ya müraciətləri daxil olmayıb.


Xatırladaq ki, Yunis Səfərov iyulun 3-də Gəncə şəhərinin icra başćısı Elmar Vəliyevə silahlı hücum edərək, onu və cangüdənini odlu silahdan açdığı atəşlə yaralayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı