Modern.az

Metro tunellərində qalanların sayı 30 MİN NƏFƏR olub - Zaur Hüseynov Prezidentə hesabat verdi

Metro tunellərində qalanların sayı 30 MİN NƏFƏR olub - Zaur Hüseynov Prezidentə hesabat verdi

Aktual

4 İyul 2018, 22:50

“İyulun 2-də baş verən hadisə nəticəsində hərəkətdə olan 18 ədəd sərnişin qatarı dayandı. Onlardan 9-u stansiyalarda, 9-u tunellərdə qalmışdı. Birinci gün 154 sərnişin təxliyə edildi və xəsarət alan olmadı”.


Modern.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar keçirilən müşavirədə çıxışı zamanı bildirib.

 

Zaur Hüseynov bildirib ki, iyulun 3-də ölkədə yenidən elektrik enerjisinin verilişində yaranan problemlə əlaqədar yenə də analoji fəsadlar yaranıb: “Hadisə pik saata təsadüf etdiyindən 30 min sərnişin evakuasiya olundu. Bu gün günorta saatlarında metro yenidən öz işini bərpa etdi”.


Z.Hüseynov müşavirədəki çıxışı zamanı deyib:

"Möhtərəm cənab Prezident. Ayın 2-də gərginlik itəndən sonra aşağıdakı fəsadlar yarandı: hərəkətdə olan 18 sərnişin qatarı dayandı - 9-u stansiyalarda, 9-u tunellərdə. Sərnişin qatarlarının, stansiyaların və tunellərin işıqları söndü, eskalatorlar və travalatorlar, ventilyasiya şaxtaları, əsaslı, yerli və çirkab su xaric qurğularının nasosları dayandı. Təqribən saat yarımdan sonra əsaslı su xaric qurğularında suyun səviyyəsi qalxdı. Metronun “Sahil”, “Nizami” və “Nəsimi” stansiyalarında səviyyə kritik həddə çatmışdı.

Aşağıdakı tədbirlər görülüb: akkumulyatorlardan qidalanan qəza işıqları qoşuldu. Tunellərdə təxliyə əməliyyatları aparmaq üçün metropoliten işçilərindən, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət qruplar təlimatlandırılaraq tunellərə göndərildi. Birinci gün stansiyalarda və tunellərdə dayanan qatarlardan sərnişinlər təxliyə olundu. Ümumilikdə 154 nəfər sərnişin çıxarıldı. Xəsarət alan olmadı. Vəziyyətdən çıxmaq üçün “Nizami” və “Nəsimi” stansiyalarındakı su xaric qurğularından su öz axını ilə nisbətən az debiti olan su xaric qurğularına istiqamətləndirildi. Saat 14:10-da yüksək gərginlik verildikdən sonra xətlərdəki qatarlar depoya çıxarıldı. Saat 5:25-də isə təsdiq olunmuş qrafik üzrə qatarlar normal hərəkətə başladı. Ayın 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi itəndə analoji fəsadlar yarandı və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olunub. Bu gün iyulun 4-də saat 13:10-da metropolitenin xətləri və stansiyaları yenidən sərnişindaşıma fəaliyyətinə başladı.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı