Modern.az

Xaçmazda gəlin qaynı tərəfindən bıçaqlandı

Xaçmazda gəlin qaynı tərəfindən bıçaqlandı

Aktual

5 İyul 2018, 10:52

Xaçmazda bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə şəhərin mərkəzində baş verib.

Xaçmaz şəhəri R.Sadıqov küçəsində yaşayan Mirzəyeva Sərfinaz Novruz qızı yaşadığı evdə qaynı Mirzəyev Ramiz Nizamoviçlə ailə-məişət zəminində mübahisə edib.

 

Mübahisə nəticəsində R.Mirzəyev S.Mirzəyevanı bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb.

 

Hadisəni törətməkdə şübhəli bilinən R.Mirzəyev şübhəli şəxs qismində saxlanılıb.

 

Faktla bağlı Xaçmaz şəhər Polis şöbəsində Cinayət Məsəlləsinin 126.1-ci( Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!