Modern.az

Pakistanda leysan yağışları 14 nəfəri öldürdü

Pakistanda leysan yağışları 14 nəfəri öldürdü

Aktual

5 İyul 2018, 12:06

Pakistanın şimal bölgələrində baş vermiş leysan nəticəsində azı 14 nəfər həlak olub, 17 nəfər isə müxtəlif xəsarətlər alıb.

 

Modern.az-ın məlumatına görə, təkcə Pəncab əyalətində həlak olanların sayı 12 nəfər olub.

Qeyd olunur ki, ölənlərin əksəriyyəti yaşayış evlərinin damlarının çökməsi nəticəsində həyatını itirib.

 

Bundan başqa, çox sayda ağac və elektrik dirəklərinin aşdığı bildirilir.

Güclü yağıntıların yaxın günlərdə azalacağı gözlənilir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır