Modern.az

“Marş : İrəli” layihəsi davam edir

“Marş : İrəli” layihəsi davam edir

Aktual

4 İyul 2018, 16:47

Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhu ilə yetişməsi və Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirir. 

 

Modern.az xəbər verir ki, Ağdam rayonunda keçirilən layihənin 3-cü günündə komanda birliyini gənclərdə aşılamaq məqsədi ilə komanda yarışı sessiyası, daha sonra isə təlimçi Anar Məmmədovun təqdimatında “müharibə şəraitində yaşayan gənclərdə psixoloji ruh”  mövzusunda təlim keçirilib. Bu mövzuda müzakirələr aparılıb. Günün sonunda hərbiyə dair suallardan ibarət “Nə? Harada? Nə zaman?”(NHN)  intellektual yarışı baş tutub.

 

Layihənin 4-cü günündə "Aprel döyüşlərində" iştirak edən Azərbaycan şərəfli oğulları, qaziləri-Hikmət Məmmədov,  və Azərbaycan şəhid, əlil və veteranlar ictimai birliyinin təşkilat komitəsi rəhbəri, ehtiyatda olan polkonvik-leytenant Elmar Hüseynovla maraqlı görüş baş tutub. Əsgərlərimizin qazandığı böyük uğur - Lələtəpə postunu geri qazanmamıza səbəb olan aprel hadisələri mövzusunda müzakirə həyata keçirilib.  Gəncər paintboll yarışı üzrə mübarizə aparıblar. Günün yekununda isə gənclər hərbi vətənpərvərlik mövzusunda olan milli filmlərdən səhnələri teatr kimi nümayiş ediblər.

 

Layihənin 5-cü günündə Komanda yarışı sessiyasında gənclər fərqli yarışlarda iştirak edib, əlbəyaxa döyüş taktikası ilə tanış olublar. Daha “Axtar-tap” intellektual oyunu baş tutub. Günün proqramı sərbəst atıcılıq ilə davam edib. Günün sonunda Hərbi intellektual yarış baş tutub.

 

Layihədə Azərbaycan üçün əhəmiyyətli olan “Qarabağ həqiqətləri”, “ASQ-yə xidmət edirəm”, “müharibə şəraitində yaşayan gənclərdə psixoloji ruh, “Aprel döyüşləri” kimi mövzularda ictimai müzakirə keçirilib.

Xatırladaq ki, layihənin əsas məqsədi  gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, gənclərin ölkə maraqlarının qorunmasında aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla ölkə gənclər siyasətinə töhfə verməkdən ibarətdir.

 

 “Marş : İrəli” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin(GİN), Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı