Rusiyada keçirilən futbol üzrə dünya çempionatının ilk yarımfinal oyunu başa çatdı. Modern.az xəbər verir ki, oyunda yeganə qol 51-ci dəqiqədə vurulub. Fransa yığmasının oyunçusu Samuel Umtitinin vurduğu qol yeganə olub. Beləliklə, Belçikaya 1:0 hesabı ilə qalib gələn Fransa ilk finalçı olub.
Qeyd edək ki, növbəti yarımfinal oyunu sabah Xorvatiya və İngiltərə komandaları arasında keçiriləcək.
23:09
Rusiyada keçirilən futbol üzrə dünya çempionatının ilk yarımfinal oyununda hesab açılıb. Modern.az xəbər verir ki, oyunun 51-ci dəqiqəsində Fransa yığması hesabda önə keçib. Standart vəziyyətdən ötürülən topu Samuel Umtiti dəqiq baş zərbəsi ilə tora göndərib.
22:02
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında yarımfinal oyunları başlayıb. Modern.az xəbər verir ki, ilk yarımfinal oyununda Fransa və Belçika komandaları üz-üzə gəlib.
Komandalar meydana bu heyətlə çıxıb.
Fransa: 1. Uqo Lyoris, 2. Benjamen Pavar, 4. Rafael Varan, 5. Samüel Yumtiti, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 9. Olivye Jiru, 10. Kilian Mbappe, 13. NQolo Kante, 14. Blez Matüidi, 21. Lukas Ernandes
Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku, 10. Eden Azar, 19. Mussa Dembele, 22. Naser Şadli.