Modern.az

Bitkoin ucuzlaşıb

Bitkoin ucuzlaşıb

Aktual

10 İyul 2018, 23:17

Dünyada ən populyar kriptovalyuta olan bitkoin son sutka ərzində ucuzlaşıb. Modern.az xəbər verir ki, hazırda  kriptovalyuta təxminən 6,6 min dollar satılır.

"CoinMarketCap" portalının məlumatına görə, bitkoinin qiyməti 1,19% ucuzlaşaraq 6 688 dollar təşkil edib.

Alternativ kriptovalyutalar da ucuzlaşıb. Belə ki, "Ethereum" 4,51% və ya 462,55 dollaradək ucuzlaşıb, "Ripple" 3,36% (0,461 dollara qədər), "Bitcoin Cash" 3,29% (724,02 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 264,05 milyard dollar təşkil edir və bunun 43 faizi bitkoinin payına düşür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı