Modern.az

“YouTube”da müəllif hüquqlarını pozanları axtaran funksiya açıldı

“YouTube”da müəllif hüquqlarını pozanları axtaran funksiya açıldı

Aktual

17 İyul 2018, 09:07

"YouTube” videohostinq platforması tərəfindən istifadəyə verilmiş “Copyright Match” aləti müəllif hüquqlarını pozan videoçarxların axtarışı üçün nəzərdə tutulub.

Modern.az xəbər verir ki, videonun müəllifi öz çarxını alətə yükləyə bilər, həmin alət isə informasiyanı skan edərək sizin videoya oxşar məzmunu göstərəcək. Bundan sonra, sadəcə, xidmətin komandasına şikayət etmək qalır.

Bu xidmət yenidən yüklənmiş (yəni oğurlanmış) videolarla mübarizə aparmaq üçün hazırlanıb. İstifadəçilər “YouTube”dan videonu silməyi tələb edə, həmçinin videonu yükləmiş şəxslə birbaşa əlaqə yarada bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı