Modern.az

Aleksis Sançes ABŞ-a buraxılmadı

Aleksis Sançes ABŞ-a buraxılmadı

Aktual

18 İyul 2018, 18:49

 

“Mançester Yunayted”in futbolçusu Aleksis Sançes komandanın ABŞ-dakı təlim-məşq toplanışına aparılmayıb.

 

Qol.az-ın “BBC”yə istinadən yaydığı xəbərə görə, buna səbəb hücumçuya ABŞ tərəfindən viza verilməməsi olub.

 

Çilili futbolçunun İspaniyada vergidən yayındığı üçün aldığı 16 aylıq həbs cəzasına görə, viza məsələsində problem yaranıb. Sançesin həbs cəzası pul cəriməsi ilə əvəz olunsa da, bu, viza almaq üçün yetərli deyil.

 

29 yaşlı forvard məşqlərini İngiltərədə davam etdirməli olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı