Modern.az

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub

İtaliyalı nazir “Dostluq” ordeni ilə təltif olunub

Aktual

18 İyul 2018, 22:01

Prezident İlham Əliyev Enzo Moavero Milanesinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasının İtaliya Respublikası ilə dövlətlərarası münasibətlərinin möhkəmləndirilməsində böyük xidmətlərinə görə İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi “Dostluq” ordeni ilə təltif edilsin.

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır