Modern.az

“Prezident gənclər siyasətinə xüsusi diqqət ayırır”

“Prezident gənclər siyasətinə xüsusi diqqət ayırır”

Aktual

20 İyul 2018, 12:02

"Azərbaycan dövləti gənclərə güvənir, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birgə çalışır".

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) XV Hesabat-Seçki Qurultayında Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev bildirib.

 

Y.Məmmədəliyev deyib ki, Azərbaycanın inkişafını gənclərsiz təsəvvür etmək mümkün deyil:

"Prezident İlham Əliyev gənclər siyasətinə xüsusi diqqət ayırır və bu siyasət nəticəsində GTMŞ gəncləri fəal vətəndaş mövqeyindən çıxış etməyə təşviq etməlidir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı