Modern.az

Hindistanda partlayış - 12 ölü

Hindistanda partlayış - 12 ölü

Aktual

4 Avqust 2018, 13:32

Hindistanın Andhra-Pradeş ştatında qranit karxanalarının birində partlayış baş verib.

Bu haqda Modern.az xariic KİV-ə istinadən xəbər verir. 

Məlumata görə, hadisə nəticəsində azı 12 işçi həlak olub.

Yaralıların da olduğu deyilir. İlkin ehtimallara görə, karxanada istifadə edilməli olan dinamitlər işçilər orada olarkən partladılıb.

Bundan başqa, hadisə yerində dizel mühərrikli avtomobil aşkar edilib. Bu avtomobil də partlayış səbəbi kimi nəzərdən keçirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı