Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Sabunçu rayonu, Balaxanı qəsəbəsi sakini Emin Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 23,631 qram heroin, metadon həbləri, 12,104 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.