Modern.az

Türkiyə ABŞ-a nümayəndə heyəti göndərir

Türkiyə ABŞ-a nümayəndə heyəti göndərir

Aktual

7 Avqust 2018, 18:56

Türkiyə Xarici İşlər Nazirliyindən diplomatik böhranla əlaqədar ABŞ-a nümayəndə heyətinin gedəcəyi bildirilib.

 

Modern.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, heyətə Türkiyə xarici işlər nazirinin köməkçisi Sedat Önal başçılıq edəcək.

 

Heyətin digər üzvləri ilə bağlı məlumat verilməsə də Önalın rəhbərliyi ilə bu heyətin iki ölkə arasındakı problemləri müzakirə edəcəyi gözlənilir.

 

Qeyd edək ki, bundan əvvəl Türkiyə xarici işlər naziri Mevlut Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pampeo ikitərəfli görüş keçiriblər. Görüşdə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyalar müzakirə edilib. Müzakirələr zamanı heç bir razılıq əldə edilməsə də bu mövzuda görüşlərin davam etdirilməsi gözlənilir. ABŞ-ın bu sanksiyanı Türkiyədə həbs edilmiş ABŞ vətəndaşı keşiş Endrü Bransonun təhvil verilməməsinə görə atdığı bildirilir.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı