Goranboyda yanğın olub. Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, rayonun Sarovlu kəndində ümumi sahəsi 24 kvadrat metr olan birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.