Modern.az

Ağsu aşırımında sürüşmə

Ağsu aşırımında sürüşmə

Aktual

7 Avqust 2018, 21:26

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 132-156-cı kilometrliyində (Ağsu aşırımında) aktiv sürüşmə nöqtələri var. Modern.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

 

Onun sözlərinə görə, intensiv yağıntılar zamanı Ağsu aşırımında müəyyən aktivlik müşahidə olunur:

 

“Avtomobil yoluna sürüşmə ziyan vurmasın deyə mütəmadi olaraq həmin nöqtələr əməkdaşlarımız tərəfindən nəzarətdə saxlanılır”.

 

Anar Nəcəfli qeyd edib ki, hazırda aşırımda vəziyyət normaldır.

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 132-156-cı kilometrliyində (Ağsu aşırımında) sürüşmə aktivləşib və lokal sahələrdə uçqun prosesləri qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı