Modern.az

“Azərbaycanla Ukrayna arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir” - Yaqub Eyyubov

“Azərbaycanla Ukrayna arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir” - Yaqub Eyyubov

Aktual

26 Sentyabr 2018, 20:16

“Azərbaycanla Ukrayna arasında arasındakı əlaqələr dostluq və qarşılıqlı hörmətə əsaslanır.  İki ölkə arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb”. Modern.az xəbər verir ki, bunu Ukraynanın müstəqilliyinin 27-ci ildönümünə həsr olunan tədbirdə çıxış edən baş nazirin birinci müavini Yaqub Eyyubov bildirib.

 

Y.Eyyubovun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsində Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının xüsusi rolu var.

 

Y.Eyyubov, həmçinin, əlavə edib ki, hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığı davam etdirir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!