Modern.az

Bakıda piyada vuruldu

Bakıda piyada vuruldu

Aktual

26 Sentyabr 2018, 20:43

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Modern.az “Trend”ə istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 20 radələrində paytaxtın "Aeroport yolu"nda baş verib.

 

Yolun Qala qəsəbəsi ərazisindən keçən hissəsində Hava Limanı istiqamətində hərəkət edən "Mercedes" markalı avtomobil yolu keçən təxminən 45-50 yaşlı kişini vurub.

 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

 

Qəza yerinə Dövlət Yol Polisi və Xəzər rayon Polis İdarəsinin əməkdaşları gəliblər.

 

Ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı