“Azərbaycan və Ukrayna bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Azərbaycanda Ukrayna sərmayəsi ilə bir sıra şirkətlər fəaliyyət göstərir”. Modern.az xəbər verir ki, bunu Ukraynanın müstəqilliyinin 27-ci ildönümünə həsr olunan tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.
Səfir qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanda "Indar" şirkətinin əczaçılıq zavodunun tikintisinə başlanacaq.
Səfir, həmçinin, yaxın vaxtlarda Bakıda Ukrayna Ticarət Evinin açılacağını da diqqətə çatdırıb.