Avropa Birliyi (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasətləri Yüksək Nümayəndəsi - Federica Mogherini İdlibdə atəşkəsin qorunması istiqaməti üzrə Soçi razılığı sayəsində yeni bir qırğının qarşısını aldığına görə Türkiyə və Rusiyaya təşəkkür edib.
Modern.az xəbər verir ki, Mogherini BMT Baş Assambleyasının "Avropa Birliyinin Ev Sahibliyindəki Suriya Böhranı Toplantısı" adlı iclasının açılış çıxışında Suriyadakı müharibənin bitmədiyini qeyd edib. O, döyüşün qalibi olmayacağını bildirib.