Gürcüstanın Batumi şəhərində davam edən 43-cü Ümumdünya Şahmat Olimpiadasında VI turun təqvimi açıqlanıb. Modern.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət komandası sentyabrın 30-da Çexiya millisi ilə qarşılaşacaq.
Qadınlar isə Latviya ilə üz-üzə gələcəklər.
Qeyd edək ki, beş turdan sonra kişilərdən ibarət yığma Çexiya, Polşa və Ukrayna ilə birgə 10 xalla 1 - 4-cü yerləri bölüşür, qadın millisi 8 xalla 8-cidir.
Dünən isə Azərbaycan komandaları müvafiq olaraq, Ermənistana (2,5:1,5) və Yunanıstana (3:1) qalib gəlib.