Modern.az

Azərbaycanlı deputatlar Rusiya parlamentinin sədrinə müraciət hazırladılar - ETİRAZ  

Azərbaycanlı deputatlar Rusiya parlamentinin sədrinə müraciət hazırladılar - ETİRAZ   

Aktual

12 Oktyabr 2018, 12:46

Milli Məclisin deputatlarının oktaybrın 7-də bir qrup rusiyalı qadının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri ilə bağlı mövqelərini bölüşürəm. Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu həm Rusiya parlamentinin sədri Volodinə, eyni zamanda digər komitələrə  səsləndirilən kəskin arqumentlərlə birlikdə müraciət hazırlayıb”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli deyib.

“Bu müraciəti həm mən, həm də Azərbaycan-Rus icmasının sədri Mixayıl Zabelin imzalayacaq. Biz buna münasibət bildirmək istəməzdik, amma Rusiya Dövlət Dumasının xarici əlaqələr komitəsi sədrinin birinci müavininin səfəri bizi buna vadar etdi”.

Sizə yeni x var
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə