Modern.az

Bakının mərkəzində yol çökdü - FOTOLAR

Bakının mərkəzində yol çökdü - FOTOLAR

Aktual

17 Oktyabr 2018, 16:11

Paytaxtın Səməd Vurğun küçəsində yolun səki hissəsi çöküb.

Modern.az-ın oxu.az-a istinadən məlumatına görə, ərazidə yeni tikili inşa olunan zaman yolun dayanıqlılığı təmin edilməyib.

Hazırda tikinti şirkəti tərəfindən yolun bərpası işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, küçədə eni üç, uzunluğu 60 metr olan sürüşmə qeydə alınıb:

“Ərazidə yeni bina inşa edilir. Yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinə başlanılıb. Yolun sürüşməməsi üçün divar qurulmayıb. Yağış yağdıqda isə sürüşmə qeydə alınıb”.

Anar Nəcəfli qeyd edib ki, hazırda əraziyə dəymiş ziyanın məbləği hesablanır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı