"Azərbaycanda Latviya Ticarət Evi bu ilin sonu gələn ilin əvvəllərində açılacaq". Modern.az “Report”a istinadən xəbər verir ki, bunu Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs bildirib.
Səfirin sözlərinə görə, hazırda hər iki ölkənin iş adamları tərəfindən bu istiqamətdə hərtərəfli işlər görülür: “Latviya Ticarət Evinin açılması ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı üçün əlverişli imkanlar yaradacaq. Məsələn, Latviyada Azərbaycan Ticarət Evini təsis edən azərbaycanlı iş adamları artıq özlərinə tərəfdaşlar tapıblar və yaxın zamanlarda Azərbaycana Latviya məhsullarını idxal edəcəklər”.