Modern.az

Türkmənistan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Türkmənistan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Aktual

17 Oktyabr 2018, 20:30

“Türkmənistanın xarici siyasətinin vacib istiqaməti qardaş Azərbaycanla əlaqələrin daim gücləndirilməsidir”. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşankuliyev Türkmənistanın müstəqilliyinin 27 illiyi münasibətilə ölkənin Bakıdakı səfirliyi tərəfindən təşkil olunmuş qəbulda deyib.

 

Səfirin sözlərinə görə, ortaq tarix və mədəniyyət iki ölkə xalqını xüsusilə yaxınlaşdırır.

 

M.İşankuliyev qeyd edib ki, Türkmənistan və Azərbaycan qlobal və regional təhlükəsizliyin təmin edilməsi, iri enerji və nəqliyyat layihələrinin reallaşdırılması kimi sahələrdə əməkdaşlıq edir.

 

Diplomat xüsusilə bildirib ki, iki ölkə arasında münasibətlərin inkişafında əsas rol Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı