Modern.az

“Winamp” illər sonra geri qayıdır

“Winamp” illər sonra geri qayıdır

Aktual

17 Oktyabr 2018, 22:31

“Winamp” musiqi proqramı bir tətbiq olaraq telefonlara gəlməyə hazırlaşır. Modern.az xəbər verir ki, 1997-ci ildə ilk dəfə olaraq fəaliyyətə başlayan “Winamp" 2002-ci ildə AOL tərəfindən alınmış və inkişaf etdirilmişdi.

Pulsuz yüklənə bilməsi və musiqilər üzərində hakim olması proqramı rəqiblərindən üstün olmasına gətirib çıxarmışdı. 2014-cü ildə isə AOL şirkəti “Winamp”ı “Radionomy” adlı bir şirkətə satdı.

 

 İndi isə “Winamp”  mobil tətbiq kimi ortaya çıxmağa hazırlaşır. Radionomy baş icraçı direktoru Aleksandr Sabundjian “Winamp”ın mirasını daşıdıqlarını və növbəti mobil versiyanın sahəsində ən yaxşısı olacağını qeyd edib.

“Winamp” telefon və planşetlə yanaşı, həm də komputerlərdə də işləyəcək.

 “Winamp”ın bu yeni versiyasının hansı görünüşdə olacağı və yeni xüsusiyyətləriylə bağlı hələki daha ətraflı məlumat yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı