Modern.az

Xanım Qafarovanın qızı Mahsun Kırmızıgüllə filmə çəkilir

Xanım Qafarovanın qızı Mahsun Kırmızıgüllə filmə çəkilir

Aktual

22 Oktyabr 2018, 17:44

Mərhum aktrisa Xanım Qafarovanın qızı özünü aktrisa kimi sınamağa başlayıb. Modern.az xəbər verir ki, oktyabrın 21-də Türkiyəyə gedən mərhum aktrisanın  qızı Gövhər artıq rol alacağı filmin çəkiliş meydançasındadır. Filmin əsas rollarından birinə çəkilən Gövhər, Qars vilayətindən gələn Mahsun Kırmızıgülün qızı obrazını canlandıracaq.

Çəkilişlər Foça adlanan əyalətdə aparılır. Mahsun Kırmızıgülün Gövhərə böyük diqqət göstərdiyi və bir dəqiqə olsun yanından ayırmadığı bildirilir.

Gövhərlə bağlı çəkilişlərin 1 həftə davam edəcəyi qeyd olunur.

Qeyd edək ki, onun filmdə çəkilməsi "Palmali” Şirkətlər Qrupunun prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun xahişi ilə baş tutub. İş adamı Gövhərin filmə çəkilmək arzusundan xəbərdar olduqdan sonra bu addımı atıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı