Modern.az

Cənubi Qafqaz əməkdaşlıq məkanına çevrilib

Cənubi Qafqaz əməkdaşlıq məkanına çevrilib

Ölkə

30 Oktyabr 2026, 13:21

Bakıda ABŞ-li professor Cefri Saks və Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev arasında görüş olub.

Modern.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.

H.Hacıyev bildirib ki, Azərbaycan Cənubi Qafqazı böyük güclərin mübarizə meydanından hər kəs üçün əməkdaşlıq məkanına çevirib.

Paylaşımda, həmçinin Ermənistanla sülh prosesi, Xəzər dənizindəki 800 giqavatlıq külək enerjisi potensialı, COP29 və Xəzər dənizindən Avropaya yaşıl enerji dəhlizinin yaradılması məsələlərinə toxunulub.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)