Modern.az

Eldar Mahmudovun iş ortağının məhkəməsi başladı

Eldar Mahmudovun iş ortağının məhkəməsi başladı

Aktual

24 Oktyabr 2018, 17:00

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Sahib Ağayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qapalı keçirilməsinə qərar verilib. 

 

Daha sonra jurnalistlər zaldan çıxarılıb.

  

Hazırda proses davam etdirilir.

 

İttiham aktına əsasən, S.Ağayev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə günahlandırılır. O, 30 milyon manat pulu mənimsəməkdə təqsirli bilinir.

 

Xatırladaq ki, S.Ağayev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun iş ortaqlarından biri olub.

 

Mətbuatda yer alan məlumatlara görə, S.Ağayev Qazaxıstanda saxlanılaraq Bakıya gətirilib.

 

Bu cinayət işi üzrə E.Mahmudov istintaqda şahid qismində ifadə verib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı