Modern.az

Bizə ayrıca pul ayrılmalıdır - Rəssamlar İttifaqının sədri

Bizə ayrıca pul ayrılmalıdır - Rəssamlar İttifaqının sədri

Mədəniyyət

Bu gün, 16:20

Təsviri sənət sahəsində sərgilərin təşkili və rəssamların iştirakı üçün Mədəniyyət Nazirliyinin büdcəsində ayrıca maliyyə vəsaiti nəzərdə tutulmalıdır.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov mədəniyyət sahəsindəki problemlərdən danışarkən bildirib.

O qeyd edib ki, təsviri sənət sahəsində fəaliyyətin planlaşdırılması üçün ayrılacaq vəsaitin həcmi əvvəlcədən müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, bu məsələ qeyri-müəyyən qaldığından rəssamlar hansı sərgiləri təşkil edəcəklərini və hansı layihələrdə iştirak edəcəklərini əvvəlcədən planlaşdıra bilmirlər:

“Neçə dəfə konkret məsələ qaldırıram ki, təsviri sənətə nə qədər vəsait ayrılacaq? Mən də bilim hansı sərgiləri təşkil edim, hansı sərgilərdə iştirak edim. Bu vəsait Mədəniyyət Nazirliyinin büdcəsində konkretləşdirilməlidir. Ayrılan büdcənin tərkibində təsviri sənət üçün nəzərdə tutulan məbləğ bəlli olmalıdır”.

F.Xəlilov vurğulayıb ki, söhbət formal xarakterli sərgilərin təşkilindən deyil, keyfiyyətli və məzmunlu ekspozisiyaların hazırlanmasından gedir. O bildirib ki, sərgilərdə ən istedadlı sənətkarlar iştirak etməli, seçim isə təsviri sənəti dərindən bilən mütəxəssislər tərəfindən aparılmalıdır.

İttifaq sədri əlavə edib ki, bu istiqamətdə həllini gözləyən məsələlərdən biri də maliyyələşmədir. Onun fikrincə, Mədəniyyət Nazirliyinin büdcəsində təsviri sənət layihələri üçün konkret vəsait ayrılması bu problemin həllinə imkan verə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran ballistik raketləri yeraltından çıxardı - Dəhşətli müharibə...