Modern.az

Uşağı hədələyib, evdən 25 min oğurlamağa məcbur etdilər

Uşağı hədələyib, evdən 25 min oğurlamağa məcbur etdilər

Aktual

24 Oktyabr 2018, 17:37

Sumqayıtda 4 nəfər 12 yaşlı uşağı hədələyərək evdən 25 min manatlıq oğurluq etməyə məcbur edib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Elsevər Şükürov hüquq-mühafizə orqanlarına müraciət edərək bu il ərzində Orxan, Tural, Zaur və Nicat adlı şəxslərin onun 12 yaşlı oğlu Ə.-yə hədə-qorxu gələrək yeniyetməni evdən oğurluq etməyə vadar etdiklərini və bu səbəbdən oğlunun evdən müxtəlif vaxtlarda ümumilikdə 5000 manat və 20 000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək həmin şəxslərə verdiyini bildirib.

 

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır