Modern.az

“Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır”- XİN

“Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır”- XİN

Aktual

24 Oktyabr 2018, 22:53

"Ermənistan baş naziri vəzifələrini icra edən Paşinyanın təkrarən səsləndirdiyi “Qarabağ rəhbərliyi münaqişənin həlli prosesinə qatılmayınca, biz problemin həllindən uzağıq” deyə açıqlaması münaqişənin mövcud format əsasında danışıqlar yolu ilə həllinə xələl gətirir, status kvonun möhkəmlənməsinə və gərginliyin yaranmasına xidmət edir. Seçki öncəsi dövrdə Ermənistan rəhbərliyinin səsləndirdiyi bu kimi əsassız bəyanatlar daha çox daxili auditoriyaya hesablanıb". Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri vəzifələrini icra edən Paşinyanın münaqişənin həlli prosesi ilə bağlı son bəyanatına dair suala cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bildirib.

 

"Ermənistan rəhbərliyi ölkəsinin gələcək inkişafını düşünərək, münaqişənin tezliklə həlli istiqamətində real addımlar atmalı, öz beynəlxalq öhdəliklərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır", - deyə l. Abdullayeva bildirib.

 

L.Abdullayeva qeyd edib ki, Paşinyan öz xalqını sülh prosesi yolunda yanıldaraq aldatmamalıdır. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin dəfələrlə bəyan etdiyi kimi hazırkı status-kvo vəziyyəti dayanıqlı deyil və qəbuledilməzdir.

 

Bundan əvvəl Bakıda səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Dağlıq Qarabağ münaqişəsinin həllinin Amerika üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı