Modern.az

İşğal olunmuş ərazilərdə vəziyyət çox ağırdır

İşğal olunmuş ərazilərdə vəziyyət çox ağırdır

Aktual

24 Oktyabr 2018, 23:53

“İşğal olunmuş ərazilərdə vəziyyət həm insan hüquqlarının pozulması, həm humanitar, həm də təhlükəsizlik baxımından çox ağırdır”. Modern.az Azərtac-a istinadən xəbər verir ki, bu fikirlər Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Rudolf Mixalka arasında keçirilən görüşdə səslənib.

 

Baş nazirin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Gürcüstan ilə ATƏT və onun demokratik təsisatları arasında münasibətlərin daha da möhkəmləndirilməsi, Gürcüstanın Avratlantik məkana inteqrasiyası, Cənubi Qafqaz regionu, xüsusən də işğal altındakı ərazilərdəki vəziyyət, münaqişələrin sülh yolu ilə həlli və s. məsələlər müzakirə olunub.

 

Söhbət zamanı ATƏT-in Nazirlər Şurasının bu ilin dekabrında Milanda keçiriləcək görüşünə hazırlıq məsələləri də diqqət mərkəzində olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı