Modern.az

Gəncədə orta yaşlı kişi bıçaqlandı

Gəncədə orta yaşlı kişi bıçaqlandı

Aktual

25 Oktyabr 2018, 00:41

Gəncə şəhərində yerli sakin bıçaqlanıb. Modern.az "Report"a istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Gəncə şəhər sakini Adıgözəlov Elçin Fəxrəddin oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Cərrahiyyə əməliyyatı olunan E.Adıgözəlovun vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda həyasızlıq! Azərbaycana qarşı vərəqələr paylanır