Modern.az

ART TİME: Okeanın dərinliklərindəki ana - Mişel Pfayfer

ART TİME: Okeanın dərinliklərindəki ana - Mişel Pfayfer

Aktual

25 Oktyabr 2018, 08:55

Modern.az saytında “Art Time” rubrikasına davam edirik…

Aktrisa Mişel Pfayfer Amerikanın və dünyanın ən gözəl xanımlarından biridir. Ona dünya şöhrəti qazandıran isə gözəllik deyil, yüksək aktrisalıq istedadı, bu sənətə olan sonsuz həvəsi, çalışqanlığı, çəkildiyi rollarda ortaya qoyduğu orijinallıq və daim inkişaf etmək arzusu olub.

 1980 və 1990-cı illərin ən məhşur aktrisalarından biri olan Mişel Pfayfer həm komik, həm də dramatik filmlərdə yaratdığı obrazlarla, daim diqqət mərkəzinə düşüb. 1958-ci ilin 28 aprelində Kaliforniyada alman əsilli ailədə doğulan Mişel, aktrisa olmağa 1978-ci ildə qatıldığı “Miss Orange Country” gözəllik müsabiqəsinin qalibi olduqdan sonra qərar verib. Heç bir aktyorluq təhsili olmayan gənc Mişel, bu peşənin dərinliklərini öyrənmək üçün rejissor Milton Katselas tərəfindən açılan aktyorluq kurslarına qatılıb və özünü peşəkar aktrisa kimi formalaşdırıb.
1978-ci ildən bir neçə filmdə epizodik rola çəkilməyə başlayan gənc Mişel, baş rolunu 1982-ci ildə “Grease-2” adlı musiqili komediya filmində oynayıb. Lakin bu film ona uğur qazandırmayıb.


1983-cü ildə çəkildiyi “Scarface” adlı cinayət filmi Mişel Pfayferin həyatını kökündən dəyişib. Qanqster mol Elvira Hancock roluyla Mişel dünya kinosunun diqqətini çəkib və bu film ona xeyli qazanc gətirib.

1988-ci ildə Mob filmində çəkilən istedadlı aktrisa, Mobun dul arvadı rolunu oynayıb. Məhz bu filmdə yaratdığı möhtəşəm obraza görə Mişel  Pfayfer “Qızıl Qlobus” mükafatına layiq görülüb.

Romantik komediya filmi olan “Franklin və Jhonny” (1991) filmində ofisiant qız rolunu oynayan Mişel Pfayfer, bu əsərdə tam fərqli obraz ilə görünüb.

1999-cu ildə rejissor Ulu Grosbardın çəkdiyi “Okeanın dərinliklərində” filmində Mişel Fayfır baş rolu oynayıb. Filmdə yaratdığı ana obrazı Mişeli bugünə kimi bütün dünya kinosunun diqqətində saxlayıb.

Qatıldığı qonaqlıqların birində azyaşlı oğlunu itirən  ana- Böz Cappadoranın taleyi kökündən dəyişib. Xoşbəxt bir ailə sahibi olan Böz, övladının yoxluğu ilə barışa bilmir. Ağır psixoloji vəziyyətə düşən anaya həyat yoldaşı lazımınca diqqət göstərsə də, ana uzun müddət sonra tam olaraq özünü toplaya bilir.

Həyatda möcüzəylə qarşılaşmaq hər kəsə nəsib olmur. Bəzi insanlar möcüzəni ancaq sözdə eşidiblər. Tanrının mərhəməti, çılğın, həssas və həsrətli anadan yan keçmir. Uzun illər sonra nisgilli ananın həyatında tam bir möcüzə baş verir. Təsadüf nəticəsində o, öz övladına qovuşur.
Filmdə ana qəlbinin döyüntüləri, analıq hissiyyatı, qonşuluqda yaşayan oğlunu tanımağa və hiss etməyə kömək edir. Filmdə ana obrazının aliliyi, aktrisa Mişel Pfayferin həssas qəlbi və yüksək aktyorluq qabiliyyəti ilə birləşib.

2002-ci ildə “Ağ Oleandr” filminə çəkildikdən sonra Mişel Pfayferin aktirasalıq fəaliyyətində beş illik fasilə yaranır. 2007-ci ildə “Saç Spreyi” filmindəki rolu ilə Mişel Pfayfer yenidən mavi ekranlara qayıtdı.


Gözəllik müsabiqəsindəki çıxışından sonra içində baş qaldırıb böyüyən aktrisalıq arzusu Mişel Pfayferi dünya şöhrətli aktrisa, Hollivud ulduzu etməklə yanaşı, ona karyerası ərzində iki dəfə “Qızıl Qlobus”, üç dəfə “Oskar” mükafatı qazandırıb. Sonuncu “Qızıl Qlobus” mükafatına Mişel Pfayfer 2018-ci ildə layiq görülüb. Hal-hazırda aktrisa Mişel Pfayfer bir çox televiziya filmlərinin ssenaristi və eyni zamanda rejissorluq fəaliyyəti ilə məşğul olan David Edvard Kelly ilə evlidir. Cütlük Amerikada yaşayır və iki övladları var. Aktrisa öz karyerasını bu gün də  davam etdirməkdədir.


Leyla Əsədullayeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı