Modern.az

Gündüz saatlarının hava PROQNOZU

Gündüz saatlarının hava PROQNOZU

Aktual

25 Oktyabr 2018, 10:40

Oktyabrın 25-i gündüz saatlarında gözlənilən hava şəraiti açıqlandı.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumat görə Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu  24-28 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında isə oktyabrın 25-i gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu 24-29, dağlarda 18-20 dərəcə isti təşkil edəcək. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı